Naxçıvan Ordusunun bölmələri Türkiyəyə gedib - FOTO

20:21 02.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının hərbi bölmələri Türkiyəyə səfər edib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimlərində iştirak edəcək.

Bildirilir ki, Türkiyənin 5-ci Sərhəd Briqadasının şəxsi heyəti Həsrət körpüsündə Azərbaycan hərbçilərini qarşılayıb və bayraq mərasimi təşkil olunub.